Suraxanı rayonunda bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 27 may tarixində xəbər verib.
Mayın 26-da saat 10:00 radələrində rayonun Ramana qəsəbəsində F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.