Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələniblər. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 29 avqust tarixində məlumat verir.
Avqustun 28-də paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində keçirilən tədbirlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə 3 sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.