TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda buz meydançası istifadəyə verilib

Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Bu barədə 2 iyun tarixində Report məlumat verib.

Bununla bağlı idman obyektində açılış mərasimi təşkil olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.

Meydança ölkədə fiqurlu konkisürmənin inkişafına təkan məqsədilə istifadəyə verilib.

Burada hokkey idman növünün inkişafı üçün tələb olunan imkanlar da mövcuddur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx