TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda çayxana yanıb

Bakının Suraxanı rayonunda mansarda tipli çayxanada yanğın baş verib. Bu haqda mayın 30-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ümumi sahəsi 800 m² olan obyektin 230 m² sahədə tavanı və vitrini yanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının qarşısında 1 ədəd ağac qismən yanıb. Yüksək temperaturdan 4-cü mərtəbədəki mənzilin pəncərəsinin çərçivəsi qismən əriyib. Mənzil və ağacın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx