TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda Çin avtomobilləri festivalı təşkil olunacaq

Bakıda 22-24 sentyabrda Çin avtomobilləri festivalı keçiriləcək. Bu barədə İnsanoid bu gün, 14 sentyabr tarixində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) istinadən məlumat verir.

“China Auto Fest 2023” adlanan forum “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində baş tutacaq.

Festivalda 15 Çin avtomobil brendindən ən son modellər nümayiş etdiriləcək.

Festival günlərində avtomobillərin sınaq yürüşlərinə yazılmaq və dilerlər tərəfindən təklif olunan xüsusi endirim kampaniyalarından yararlanmaq mümkün olacaq.

Tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün isə Çin mütəxəssislərinin yaratdığı “Genshin İmpact” kompüter oyunu da təşkil olunacaq.

Yaxın aylarda Britaniya, Almaniya, Amerika, Yaponiya, Cənubi Koreya və İtaliya avtomobil istehsalçılarının məhsullarını nümayiş etdirmək üçün bu sayaq festivallar təşkil olunacaq.

Növbəti festivalda Böyük Britaniya avtomobillərinin nümayiş etdirilməsi nəzərdə tutulur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx