Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda daha bir əl qumbarası tapılıb

Bakıda hərbi sursat tapılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.

Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.

əl qumbarası
Foto FHN-nin rəsmi saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx