TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb. Bu barədə İnsanoid  Report-a istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.

TƏBİB-nin tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin iltizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərləniblər. Əvvəlcə 20 şagird, sonra isə daha 3 şagird xəstəxanaya yerləşdirilib.