TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda ev yanıb, bir nəfər yanaraq ölüb

Paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 135 kvadratmetr olan kürsülü, birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları 130 kvadratmetr sahədə yanıb. Bu barədə 3 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.