Bakıda evə basqın edilib, saxlanılanlar var. Bu barədə 8 iyun tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Bakı şəhər sakinləri: H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıblar, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.