Bakıda evdən 5 500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə 1 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.