TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda evdən 8 000 manatlıq oğurluq edilib

Bakıda evdən 8 000 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Bildirilib ki, paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8 000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar – Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx