Bakıda evlərdən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə 13 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Yasamal rayonu ərazisindəki evlərin birindən 1 300 manat pul və 7 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ayxan Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.
Daha bir tədbir nəticəsində isə rayon ərazisində digər mənzildən pul və 8 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əliağa Əliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.