TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda F-1 əl qumbarası tapılıb – VİDEO

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 3 ədəd 5x45mm PS mərmi, 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” 16 mm kalibrli ov tüfəngi götürülüb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.