TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda “Gənc Fest” festivalı keçiriləcək

Bakıda 21-24 sentyabr tarixlərində “Gənc Fest” festivalı keçiriləcək. Bu barədə İnsanoid bu gün, 13 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Tədbir Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında baş tutacaq. 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.

Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunacaq. Burada gənclər üçün maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

Gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür.

Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartlarını (akkreditasiya) sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 09:00-dan 19:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə götürmək mümkündür.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx