Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Bu barədə 10 noyabr tarixində APA məlumat verib.
Hadisə Baksol yolunda qeydə alınıb. “Xarıbülbül” restoranının qarşısında 1990-cı il təvəllüdlü Babayev Orxan Abdulməcid oğlu tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Fakt araşdırılır.