Bakıda, Sabunçu rayonunun Maştağa qəsəbəsində dava zamanı Göyçay sakini ürəyindən bıçaqlanıb. Bu haqda avqustun 6-da APA məlumat yayıb.
148 nömrəli məktəbin qarşısında 1983-cü il təvəllüdlü rayon sakini naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı polis tərəfindən əməliyyat-axtarış işləri aparılır.