TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda hamamdan və avtomobildən oğurluq edilib

Bakıda hamamdan və avtomobildən oğurluq edilib. Bu barədə 18 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sentyabrın 16-da Xətai rayonunda yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Səbail rayonunda isə “Nissan” markalı avtomobildən 1800 manat pul və mobil telefon oğurlanıb. Şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.

Araşdırmalar aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx