TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb

Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 16 sentyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1 080 manat pul, noutbuk və mobil telefon oğurlanıb.

Şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx