Bakıda hoteldə qadın altıncı mərtəbədən aşağı atılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 fevral tarixində məlumat verir.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Araşdırmalarla həmin gün saat 19:00 radələrində rayon ərazisində yerləşən hotellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi münasibətdə olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.
Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.