TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda içkili piyadanı avtomobil vurub

Paytaxtın Nərimanov rayonunda kişini avtomobil vurub. Bu barədə Report 6 sentyabr tarixində xəbər verib.

Heydər Əliyev prospektində piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçən 35 yaşlı Elçin Qəhrəmanovu avtomobil vurub.

İçkili şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx