TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda içməli sudan qanunsuz istifadə hallarının qarşısı alınıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Nəsimi rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb. Bu barədə İnsanoid agentliyə istinadən bu gün, 7 iyun tarixində xəbər verir.

Nəsimi rayonunun Asif Məhərrəmov küçəsi, 36 ünvanında yerləşən “Taxta kafe”nin sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib.

Obyekt sahibi iddia edir ki, kafedə olan su sayğacı oğurlanıb. Amma nədənsə oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarından müvafiq sənədi alıb təqdim etmir. Sahibkar yeni su sayğacının quraşdırılmasından boyun qaçırmaqla yanaşı, əvvəlki dövrlərdən yaranmış borclarını da ödəmir. Üstəlik, obyektə sayğacdankənar xətt çəkərək sudan qeyri-qanuni istifadəni davam etdirir. Sudan qanunsuz istifadə səbəbindən bir həftə əvvəl obyektin su təchizatı dayandırılsa da, sahibkar yenidən su şəbəkəsinə qanunsuz qoşularaq, suyu talamağa davam edib. Qanunsuz çəkilmiş xətt növbəti dəfə ləğv edilib və dəymiş ziyan aktı tərtib olunub.

Süleyman Rüstəm küçəsi, 80 ünvanında yerləşən avtoyuma məntəqəsinin isə su sayğacı olsa da, uzun müddət ödəniş etmədiyindən borcu yığılıb. Buna görə də obyektin su təchizatı dayandırılıb. Obyekt sahibi ehtiyat su çənini sayğacdankənar çəkilmiş su xətti ilə doldurub və istifadə edib.

Mirzəağa Əliyev küçəsi, 168 ünvanında yerləşən avtomobillərin icarəsi obyektində də sudan müqaviləsiz istifadə olunduğu aşkar edilib. Obyekt sahibi su təchizatından qanuni istifadə ilə bağlı müqavilə bağlamaqdan imtina edir. Dəfələrlə xəbərdarlıq edilsə də, obyekt sahibi buna məhəl qoymayıb.

Cavadxan küçəsində fəaliyyət göstərən “Zirvə” kafesində də sudan qanunsuz istifadəyə rast gəlinib. Obyektin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qanunsuz çəkilmiş xətt vasitəsilə suyu talayıb.

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib.

Bu ilin yanvar-may aylarında 7 316, Nəsimi rayonunda isə 31 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx