TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda kafe yanıb

Bakıda kafedə yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 24 may tarixində xəbər verir.

Paytaxtın Binəqədi rayonu ərazisində, Binəqədi-Xırdalan şosesində yerləşən kafedə yanğın baş verib.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 160 kv.m olan kafedə baş verdiyi, genişlənərək bitişik obyektlərə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kafenin mətbəxində 5 kv.m sahədə əşyalar, 10 kv.m sahədə tavan və 80 kv.m sahədə dam örtüyü yanıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx