TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda kafedə partlayış olub

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 100 kvadratmetr olan kafenin mətbəxində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə noyabrın 14-də FHN-dən bildirilib.

Yanğın nəticəsində mətbəxdə olan iki ədəd soba, bir ədəd plastik pəncərə çərçivəsi və tüstü bacasında yağ qalıqları yanıb.

Kafenin qalan hissəsi və 100 litrlik məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx