Bakıda gicgahından zərbə alan şəxs ölüb. Bu barədə İnsanoid Səbail rayon prokurorluğuna istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Noyabrın 2-də saat 06:00 radələrində Səbail rayonunun Puşkin küçəsi, 4 ünvanında 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 58 yaşlı Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vurması nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, Mərdan Əsədullayev prokurorluğun qərarı əsasında iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.