Bakıda loqoped uşaqla kobud davranıb. Bu barədə 10 noyabr tarixində Oxu.az sosial şəbəkələrə istinadən məlumat verib.
Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb: “Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”,-deyir.
Daha sonra loqoped “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədir.
“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır. Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”, – adıçəkilən şəxs Oxu.Az-a açıqlamasında bildirib.
Qeyd edək ki, görüntülər yarımçıq yayılıb.