Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın olub. Bu barədə Report 24 yanvar tarixində xəbər verib.

Yanvarın 22-si saat 20:00 radələrində paytaxtın Xətai rayonunun X.Rüstəmov küçəsi, 23 saylı ünvanda yerləşən mağazada silahlı basqın qeydə alınıb.

Şəxsiyyəti istintaqa məlum olmayan şəxs obyektə müştəri qismində daxil olub. Daha sonra o, mağazada satıcı işləyən Gülçöhrə İsmayılovaya həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib.

Həmin şəxs içərisində 160 manat məbləğində pul olan 25 manat dəyərində çantanı və kassada olan 30 manat məbləğində pulu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx