Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Bu barədə 26 avqust tarixində Lent.az məlumat verib.
Hadisə rayonun A. Məhərrəmov küçəsindəki binalardan birinin qarşısında baş verib. Burada yaşayan 58 yaşlı T. Həsənov gecə saatlarında ağacdan özünü asıb.
Məlumata görə, T. Həsənov əmlak alqı-satqısı üzrə vasitəçi işləyirmiş. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.