Bakıda məktəbli qızlar arasında dava düşüb

Bakıda məktəbli qızlar arasında dava düşüb

Bakı şəhərinin Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbində oğlanın sevgilisini bıçaqlaması iddia edilib. Bu barədə Oxu.az 24 yanvar tarixində məlumat verib.

Məktəbli oğlan sevdiyi qızı başqası ilə danışdığına görə bıçaqlayıb. Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sözügedən məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

“136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qızlar arasında dava psixoloqa getmək üstündə düşüb. Belə ki, qızlardan birini anası psixoloqa aparıb, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx