Paytaxtın Yasamal rayonunda soyğunçuluq edən şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 1 dekabr tarixində xəbər verir.
Noyabrın 29-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini M.Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini Ümid İbayev saxlanılıb.
Araşdırmalarla onun noyabrın 26-da Bakı şəhər sakini N.Hüseynovun da mobil telefonunu soyğunçuluq yolu ilə talaması məlum olub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.