Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda narkotacirdən 6 kiloqramdan artıq narkotik aşkarlanıb

Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kiloqramdan artıq heroin, marixuana və metamfetamin aşkar olunub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 27 yanvar tarixində xəbər verir.

O, narkotikləri İran vətəndaşından sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.

Polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq, Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2 kiloqramdan artıq heroin,  4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından Bakı şəhərində satmaq məqsədilə aldığını bildirib.

Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx