TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda Neftçilər prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Neftçilər prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə 30 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində yol cizgiləri və yolgöstərici xətlər çəkiləcək.

Sözügedən prospektdə işlər gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-dək və gecə saat 23:00-dan səhər saat 05:00-dək davam edəcək.

Buna görə sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx