Bakıda oyuncaqların toplanması üçün əlavə qutular istifadəyə verilib

Bakıda oyuncaqların toplanması üçün əlavə qutular istifadəyə verilib

IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib. Bu barədə Report 24 yanvar tarixində məlumat verib.

“Gənclik Mall” Ticarət Mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular “28 Mall” və “Dəniz Mall” ticarət mərkəzlərində də istifadəyə verilib.

Qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək.

Sözügedən qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. Bu cür təkrar istifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanacaq.

Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.

Bu xüsusda IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə, IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx