TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda piyada keçidinin sökülməsinin səbəbi açıqlanıb

Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib. Bu barədə Report 27 mart tarixində xəbər verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə K.Rəhimov küçəsində yerüstü piyada keçidinin söküldüyü barədə məlumat yayılıb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx