TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda polis qadının qətlə yetirilməsinin qarşısını alıb

Bakıda polis qadının qətlə yetirilməsinin qarşısını alıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 11 yanvar tarixində xəbər verir.

Bu gün səhər saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 48 yaşlı bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub.

Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə polis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 31 yaşlı Şamil Şükürov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda polis qadının qətlə yetirilməsinin qarşısını alıb
Foto DİN
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx