Bakıda qamışlıq ərazi yanır. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 25 may tarixində məlumat verir.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığındakı qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.