Bakıda qəzaya uğrayan piyada kəllə-beyin travması alıb

Bakıda qəzaya uğrayan piyada kəllə-beyin travması alıb

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Apa 23 yanvar tarixində məlumat verib.

Biləcəri qəsəbəsində – Rəşid İsmayılov, 17 ünvanında yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən əks-tərəfə keçmək istəyən 45 yaşlı Xəyyam Ələsgərovu 02-BL-612 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil vurub.

Hadisəni törədən sürücü Əsədov Ədalət Maqsud oğlu dərhal təcili tibbi yardım briqadasına müraciət edib. Yaralı açıq kəllə-beyin travması və sağ ayaq sümüyünün sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Sürücünün izahatını Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları alıblar.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx