TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakıda FHN köməksiz qalan şəxsi xilas edib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 7 noyabr tarixində xəbər verir.

Paytaxtın Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.