TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda qumarxana aşkarlanıb

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında qanunsuz qumar oyunlarının təşkil edildiyini müəyyən edib. Bu barədə 31 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx