Bakıda “Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Bundan sonra “Range Rover” səkiyə aşıb.
Bu barədə 4 fevral tarixində APA məlumat verib.
Hadisə Nizami rayonunda, “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.
Qəzadan sonra “Range Rover”in sürücüsü hadisə yerindən yayınıb. “Opel”də olan polis əməkdaşı xəsarət alıb.
Araşdırma aparılır.