TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda sərnişinlərin müraciəti nəzərə alınıb

Bakı şəhərində 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metro stansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin bu marşrutun da hərəkət istiqaməti dəyişdirilərək “Bakı Ağ Şəhər” yaşayış sahəsinə yönləndirilib.