TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda şirkət işçisi faciəvi şəkildə ölüb

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə 13 mart tarixində Report məlumat verib.

Belə ki, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobili ilə soyuducunun arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx