TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda sıxlığa görə 185 avtobus gecikir

Paytaxtda müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 185 avtobusun hərəkət intervalında gecikmələr var. Bu barədə noyabrın 28-də Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Aşağıdakı avtobuslar 10-22 dəqiqə gecikmə ilə hərəkət edir:

  1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli avtobuslar;
  2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli avtobuslar;
  3. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli avtobuslar;
  4. Tbilisi prospekti–20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.
  5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38, M8, E1 nömrəli avtobuslar;
  6. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli avtobuslar;
  7. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127, E1 nömrəli avtobuslar;
  8. Xocalı prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, E1 nömrəli avtobuslar;
  9. Afiyəddin Cəlilov – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49, E1 nömrəli avtobuslar;
  10. Babək prospekti – şəhər istiqamətində hərəkət edən 30, 49 nömrəli avtobuslar;
  11. Yavər Əliyev küçəsindən keçən 3,24, 35, 40, 49, 76, 78, 208, 209 nömrəli avtobuslar;
  12. Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi– hər iki istiqamətdə 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132, E1 nömrəli avtobuslar;
  13. Binəqədi şosesi – şəhər istiqamətində hərəkət edən 71, 79, 133, 165, 179, 202 nömrəli avtobuslar;
  14. Zabrat Şosesi – şəhər istiqamətində hərəkət edən 40, 131, 163, 216, 217, M8 nömrəli avtobuslar.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx