TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda su quyusuna düşən 85 yaşlı qadın xilas edilib – VİDEO

Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində 1 nəfər su quyusuna düşüb. Bu barədə 1 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Vətəndaş quyudan çıxarılaraq xilas edilib.