Bakıda avtoyuma məntəqəsinin qarşısında sürücü qəfil vəfat edib. Bu barədə 11 noyabr tarixində “Qafqazinfo” xəbər verib.
Hadisə dünən günorta saatlarında baş verib.
Şirvan şəhər sakini İmaş Əliyev “Hyundai Accent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və maşının arxa qapısını açmaq istəyərkən qəfil yıxılıb. O, hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, sürücü ürəktutmadan həyatını itirib.