Bakı şəhəri Nizami rayonunun Heydər Əliyev prospekti, ev 181 ünvanında qeydiyyatda olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunduğunu elan edib.
Bu barədə İnsanoid İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən bu gün, 29 sentyabr tarixində xəbər verir.
Qeyd olunan TTYS Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirdi.
TƏBİB-dən İnsanoid-ə bildirilib ki, digər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları hazırda TƏBİB-nin tabeliyində öz fəaliyyətini davam etdirirlər:
“Hər hansı dəyişiklik ediləcəyi təqdirdə məlumat veriləcək”.
Ləğv edilən TTYS-nin kreditorları 2 ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonunun Şeyx Məhəmməd Xiyabani küçəsi, 14D ünvanına bildirə bilərlər.