TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda təmirdə olan neçə məktəb və bağça var?

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Bu barədə 11 sentyabr tarixində APA məlumat verib.

O bildirib ki, həmçinin 1 məktəb və 5 bağçada əsaslı təmir aparılıb: “Məktəblərimiz yeni tədris ilinə hazırdır”.

Mehriban Vəliyeva qeyd edib ki, yeni dərs ilində ilk dərs ulu öndər Heydər Əliyevə həsr olunacaq.

İdarə müdiri, həmçinin qeyd edib ki, bu il 1 milyon 850 mindən çox dərslik yerlərə çatdırılıb:

“Eyni zamanda təhsil müəssisələrinin qış mövsümünə hazırlığı yoxlanılıb. Düşünürük ki, bu il istiliklə bağlı problemimiz olmayacaq”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx