Bakıda yarmarkada adam döyən şəxslər saxlanılıb. Bu barədə 18 oktyabr tarixində Daxili İşlər Nazilriyi İnsanoid-ə məlumat verib.
Oktyabrın 17-də F.X.Xoyski küçəsində yerləşən yarmarkada 2 nəfərin xuliqanlıq zəminində Astara rayon sakini T.Baxşiyevi döymələri barədə Polis Bölməsinə məlumat daxil olub.
Şübhəli bilinən Daşkəsən rayon sakinləri Rafiq Məmmədov və Tural Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.