Bakının bir çox küçələrində tıxac müşahidə edilir. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə isitnadən bu gün, 19 sentyabr tarixində məlumat yayıb.
Hazırda:
- Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Bakıxanov küçəsi hər iki istiqamətdə;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Babək prospekti, mərkəz istiqamətində;
- Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- “20 Yanvar” dairəsində;
- Mehdi Hüseyn küçəsi, “İçərişəhər” metro stansiyası istiqamətində;
- Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.