TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda vətəndaşların əmlakını məhv etməkdə təqsirləndirilən şəxs həbs edilib

Bakıda vətəndaşların əmlakını məhv etməkdə təqsirləndirilən Mənzil Tikinti Kooperativi (MTK) rəhbəri həbs edilib.

Bu barədə 4 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb.

Paytaxtın Nərimanov rayonunda söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” MTK tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.

Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv edərək vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin “külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə” və “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx