Noyabr ayının 12-si səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündə təmir işləri aparılacaq. Bu barədə 11 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Aparılacaq işlərlə əlaqədar olaraq qeyd olunan vaxt müddətində yol ötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.